AZ

Qvardiola futbol tarixinin ən yaxşı məşqçisini açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola dünya futbol tarixinin ən yaxşı məşqçisi haqda qənaətini açıqlayıb.

Arena.az “GiveMeSport” dərgisinə istinadən, 54 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Ser Aleks Ferqyuson – futbolda bir nömrədir. O, futboldakı təbəddülatın və hərəkiliyin sayı üzrə birincidir”, deyə Qvardiola qısaca və məmnunluqla vurğulayıb.

Xatırladaq ki, şotland mütəxəssis 1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb. Bu müddətdə “qırmızı şeytanlar” 13 dəfə İngiltərə çempionu olublar. Həmçinin “Mançester Yunayted” 5 dəfə İngiltərə Kubokunun, 4 dəfə İngiltərə Liqa Kubokunun, 10 dəfə İngiltərə Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının qalibi olub, eləcə də Avropa Kuboklar Kubokunu, UEFA Super Kubokunu, Qitələrarası Kuboku və FIFA Klub Dünya Kubokunu qazanıb. Ümumilikdə, Aleks Ferqyusonun rəhbərliyi altında “qırmızı şeytanlar” top fərqi 2804:1395 nisbəti mənzərəsində 1499 oyun keçiriblər, 902 qələbə, 326 heç-heçə, 271 məğlubiyyət yaşayıblar.

Ferqyuson “Mançester Yunayted”in sükanı arxasında iki dəfə (1998, 2007) dünyanın ən yaxşı məşqçisi seçilib.

Ser Aleks Ferqyuson “Mançester Yunayted”i dünya futbolunun zirvəsinə qaldırmaqla yanaşı, klubda müasir futbol ölçülərini müəyyən edib. Əbəs deyil ki, Ferqyusonun “qırmızı şeytanlar”dan ayrılmasından sonra “Mançester Yunayted” bir müddət iddiasını sürdürsədə, hazırda futbol səhnəsində tarixən ən pis dövrünü yaşayır.

Seçilən
52
arena.az

1Mənbələr