Bakı. Trend:
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuzdövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtınSuraxanı və Nərimanov rayonları ərazisində həyata keçiriləntədbirlər zamanı 26 yaşlı Z.Şıxalızadə və əvvəllər məhkum olunmuş49 yaşlı X.Bayramov şübhəli şəxs qismində saxlanılıblar.
Onlardan ümumi çəkisi iki kiloqrama yaxın heroin, metamfetaminvə marixuana aşkarlanıb.
Araşdırma aparılır.