"Seltik" Kiran Tirnini heyətinə qatdığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "Arsenal"la müqaviləsi başa çatan 28 yaşlı müdafiəçi  azad agent kimi sabiq klubuna qayıdıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Seltik" yetirməsi olan Tirni 2015-19-cu illər aralığında əsas komandada çıxış edib. O, burada 4 dəfə Şotlandiya çempionluğu qazanıb.