Avstriyada dəhşətli hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, Qrats şəhərindəki məktəblərdən birinə silahlı hücum edilib.
Məlumatlara görə, hücum zamanı 10 nəfər həlak olub. Xeyli sayda isə yaralı var.
Qrats şəhərinin bələdiyyə sədri Elke Kahr, yayılan bütün məlumatları təsdiq edib.
Avstriyanın federal kansleri Kristian Ştoker bütün planlarını təxirə salıb. Avstriya Daxili İşlər Naziri Gerhard Karner isə hadisə yaşanan əraziyə yollanıb.