Amerikalı aktyor və kinoprodüser Bred Pitt çəhrayı paltarda ictimaiyyət qarşısına çıxıb.
News24.az xəbər verir ki, 61 yaşlı sənətçi Meksikaya "Formula 1" filmi üçün press-tur çərçivəsində gedib. Belə ki, o, Mexikoda həmkarları ilə fotosessiyaya müəyyən olunmuş çalarlı şalvar kostyumunda gəlib.
Pitt daha sonra Naucalpan de Juarezdəki Plaza Toreo ticarət mərkəzində keçirilən tədbirə də qatılıb. Bu tədbir üçün Döyüş Klubunun ulduzu bənövşəyi rəngli şalvar kostyumu ilə uyğun köynək seçib.
Aqil