Bakı. Trend:
Estoniya parlamentinin Sosial Demokrat Partiyasından olandeputatları Rusiya yönümlü baxışlara malik qanunvericilərin dövlətsirlərinə çıxışının məhdudlaşdırılması təşəbbüsünü irəlisürüblər.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər Sosial Demokratlar fraksiyasının üzvü RaymondKalyulayda istinadən məlumat yayıb.
Onun sözlərinə görə, təşəbbüs təhlükəsizlik sahəsində vəziyyətindəyişməsi və Rusiya yönümlü deputatların parlamentdə olması iləbağlıdır.
“Mövcud qanunlar parlamentin bütün üzvlərinə dövlət sirri ilətanış olmaq hüququnu təmin edir. Gələcəkdə deputatlar bunun üçünbioqrafik yoxlamadan keçməlidirlər”, - deyə Kalyulayd bildirib.
Qeyd edək ki, bir müddət bundan öncə Rusiyanın xarici işlərnaziri Sergey Lavrov Estoniya, Latviya və Litvanın siyasimüstəqilliyinin olmadığını və onların Avropa nəhənglərinin əlindəoyuncağa çevrildiyini iddia edib.