AZ

Bakıda yeni dələduzluq: Aldadılanlar arasında deputatlar da var Onlar kimlərdir?

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadının vətəndaşlardan ritualı etmək adı ilə 73 min manat alması sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Bildirilir ki, son dövrlər Azərbaycanda falçılıq sahəsində aktivlik artıb. Bir çox şəxs, gələcəyi öyrənmək və ya nəzər, cadu kimi məsələlərə görə bu şəxslərə müraciət edir və yüksək məbləğlər ödəyirlər. Maraqlısı odur ki, baxıcılar ölkədə açıq şəkildə fəaliyyət göstərir və müştəri cəlb edirlər. Digər tərəfdən, onların fəaliyyətinin leqallaşdırılması təklif olunur.

Ölkədə bununla bağlı hansı qanuni addımlar atıla bilər?

Globalinfo.az-a danlşan deputat Cavanşir Paşazadə leqallaşmanın əleyhinə olduğunu bildirib.

“Falçılar fırıldaqçılıqla məşğuldular, əməlləri islam dininə ziddir. Onlar insanların inancından istifadə edərək pullarını alırlar. Şəriətimizdə bu, haramdır və yolverilməzdir”.

Cavanşir Paşazadə

Həmçinin oxuyun:

QHT-lər bu tarixədək maliyyə hesabatlarını təqdim etməlidir

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Millət vəkili qeyd edib ki, Azərbaycanda fala baxdırmaq ənənəsi uzun illərdir mövcuddur:

“Əsasən də qaraçılar arasında geniş yayılıb. Bəzi vətəndaşlar onlara müraciət edir, “fikirlərini” öyrənirlər. Düşüncəsi, imanı zəif olan insanlar aldanırlar. Lakin falçılığın leqallaşdırılması doğru deyil. Bu addım nə dövlətimizin apardığı siyasətə, nə də dini sahədəki mövcud islahatlara uyğundur”.

Vəkil Mehman Muradlı baxıcılığın leqallaşdırılmasının parlamentdən asılı olduğunu deyib:

Mehman Muradlı

“Zərərçəkmişlər arasında məmur, deputat ailəsi də var. Leqallaşdırılsa, guya onlar fala daha yaxşı baxacaqlar? Bunun əleyhinəyəm və normal olduğunu düşünmürəm. Fala baxdırmaq insanların öz seçimidir.  Fikrimcə, baxıcıların vergi ödəyərək fəaliyyət göstərməsi məqsədəuyğun deyil”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
1
globalinfo.az

2Mənbələr