ain.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində qayda pozan sürücü qəza riskinə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 12-də saat 10:28 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, hərəkətdə olan 99-FN-762 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü önünə çıxan maneəni (maşını) görərək sürətini azaldır. Ondan arxada olan 77-BE-436 dövlət nömrə nişanlı “Honda” markalı maşının sürücüsü “Nissan”la toqquşmamaq üçün qəfil sol zolağa manevr edir. Lakin qəzadan yayınmağa çalışan “Honda” sürücüsü bu vaxt həmin zolaqdakı maşına və ondan solda hərəkətdə olan digər nəqliyyat vasitəsinə təhlükə yaradır. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü maşını saxlayaraq qəzadan xilas olur.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, ard-arda qəza şəraitinin yaranmasına səbəb “Honda” sürücüsünün düzgün ara məsafəsi təyin etməməsi olub.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.