2024-cü ildə təxminən 292 min nəfər Almaniya vətəndaşlığı alıb — bu tarixi rekorddur və əvvəlki ilə nisbətən 46 faiz artım deməkdir.
Bu barədə Tribunainfo.az-a Almaniyanın Federal Statistika İdarəsinə istinadən xəbər verir.
Yeni vətəndaşların sayına görə liderlər Suriya çıxışlı şəxslərdir — təxminən 83 min nəfər, bu ümumi sayın dörddə birindən çoxunu təşkil edir. İlk beşliyə həmçinin Türkiyə (8 faiz), İraq (5 faiz), Rusiya (4 faiz) və Əfqanıstan (3 faiz) vətəndaşları daxildir.
Xüsusilə rusiyalılar arasında artım diqqət çəkir: il ərzində onların sayı altı dəfədən çox artaraq 2000-dən təxminən 13 min nəfərə çatıb.
Bu partlayış 2023-cü ilin iyununda qüvvəyə minmiş vətəndaşlıq qanunu islahatı ilə izah olunur. İndi Almaniya pasportunu ölkədə 8 il deyil, 5 il yaşadıqdan sonra almaq mümkündür və əvvəlki vətəndaşlıqdan imtina etmək məcburiyyəti yoxdur.
İmran Kərimli