AZ

Fransanın “Rafale” təyyarəsi gözlənilməz rəqabətlə qarşılaşır

Paris, 10 iyun, AZƏRTAC

Fransanın “Dassault Aviation” şirkətinin “Rafale” təyyarəsi getdikcə daha çox rəqabətlə üzləşir.

AZƏRTAC xəbər verir ki, daha müasir hava qüvvələri axtarışında olan İndenozeiya Çinin J-10 qırıcısına üstünlük verir.

Çinin 4,5-ci nəsil J-10 qırıcı təyyarəsi Hindistan və Pakistan arasındakı toqquşma zamanı özünü doğruldub. Cakartanın artıq 42 J-10 təyyarəsi sifarişi “Rafale”ın nüfuzunu itirdiyini əks etdirir.

İndoneziya müdafiə nazirinin müavini Donni Ermavan Taufanto “Reuters” agentliyinə 4,5 nəsil modelin həqiqətən də yüksək qiymətləndirilən modellər arasında olduğunu təsdiqləyib.

“Çinlə müzakirələrimiz oldu, onlar bizə çox şeylər təklif etdilər”, - deyən indoneziyalı nazir gəmilər və silah sistemləri də daxil olmaqla, digər təkliflərin də nəzərdən keçirildiyini xatırladıb.

J-10 qırıcıları cəlbedici qiymətinə görə daha çox diqqət mərkəzindədir. Bununla belə, İndoneziya artıq dəyəri səkkiz milyard avrodan çox olan 42 “Rafale” sifariş edib. Çatdırılmanın gələn il baş tutacağı gözlənilir.

Cakarta, həmçinin “Boeing” ilə Amerika F-15EX-lərinin alışı ilə bağlı anlaşma memorandumu imzalayıb.

 

Seçilən
67
1
azertag.az

2Mənbələr