Jurnalist Flavio Azzaro-nun məlumatına görə, “Barselona”nın keçmiş hücumçusu karyerasını Argentinanın çempionatı klubu “Nyūels Old Boyz”da davam etdirmək qərarına gəlib.
Tribunainfo.az xəbər verir ki, məlumata görə, transfer 2025-ci ilin dekabr ayında baş tutacaq. Messi əvvəllər karyerasını futbolla başladığı klubda bitirmək istədiyini bildirmişdi. Qeyd edək ki, cari ilin yanvar ayından klubda “Real”ın sabiq qapıçısı Keylor Navas çıxış edir.
Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”nin şərəfini qoruyur. Cari mövsümdə futbolçu MLS-də 13 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə verib.
İmran Kərimli