
“Moskva və Kiyev arasında əsir mübadiləsi çərçivəsində Rusiya hərbçilərinin ikinci qrupu Ukraynadan qayıdıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbi əsiri təhvil verilib. Hazırda Rusiya hərbçiləri Belarus Respublikası ərazisindədirlər və onlara lazımi psixoloji və tibbi yardım göstərilir”, - hərbi idarədən bildirilib.
Mübadilədə hər iki tərəfdən neçə əsgərin iştirak etdiyi dəqiqləşdirilməyib.
Həmçinin, öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 10-da yaralı və ağır yaralı əsgərlərin Rusiya əsirliyindən qayıtmasının birinci mərhələsinin baş tutduğunu bildirib.