17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Qəbələdə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, futbolçularımız Gürcüstandan olan həmyaşıdları ilə qüvvələrini sınayıblar.

Oyun 1:1 hesabı ilə nəticələnib.

Yığmamızın heyətində qolu 26-cı dəqiqədə Səttar Tahirzadə vurub.

Xatırladaq ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan komandasına qalib gəlmişdi (2:0).