AZ

Cek Qriliş Almaniyaya doğru

“Mançester Siti”nin ulduz futbolçusu Cek Qriliş karyerasını Almaniyada davam etdirə bilər.

İdman.biz xarici mediaya istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Leverkuzen “Bayer”inin diqqət mərkəzindədir.

“Şəhərlilər” 29 yaşlı yarımmüdafiəçini komandanın əsas oyunçusu Florian Virtsin əvəzləyicisi kimi görür. Virtsin “Liverpul”a transferi gündəmdədir.

Qeyd edək ki, Qriliş 2021-ci ildən “Siti”də çıxış edir. Bu müddət ərzində 157 görüşdə meydana çıxan yarımmüdafiəçi 17 qola imza atıb.

İdman.biz

Seçilən
40
idman.biz

1Mənbələr