AZ

Sirab ASC sifarişləri vaxtında çatdırmır- Müştəri narazılığı

Sirab ASC ilə bağlı şikayət var. AzPost xəbər verir ki, bu barədə vətəndaşlardan biri sosial şəbəkə hesabında yazıb. Vətəndaşın sözlərinə görə, şirkətdən sifarişlər ilin bütün fəsillərində – istər yayda, istərsə də qışda – eyni problemlə gecikmələrlə qarşılaşır.

Şikayətçi bildirir ki, sifarişlər ilkin mərhələdə “çatdırılacaq” vədi ilə qəbul olunur, lakin bir həftə keçməsinə baxmayaraq ünvanına çatmır. Məsələ ilə bağlı əlaqə saxlanıldıqda isə “bu gün mütləq çatdırılacaq” cavabı verilir, lakin nəticədə yenə də sifariş ünvanına göndərilmir.

Vətəndaşın sözlərinə görə, rəhbər şəxslərlə əlaqə saxlamaq cəhdləri də nəticəsiz qalır. Telefon zənglərinə cavab verilmədiyini, elektron poçt vasitəsilə edilən müraciətlərə isə eyni məzmunda cavabların gəldiyini, lakin heç bir addım atılmadığını bildirir: “Dəfələrlə əlaqə nömrəsi verdiyim halda heç kim geri dönüş etmir. Belə çıxır ki, məsuliyyət daşıyan yoxdur. Əgər bu işi bacarmırsınızsa, etməyin.”

Şirkətdən məsələ ilə bağlı cavab təqdim olunacağı təqdirdə xəbər yenilənəcək.

AzPost.az

Seçilən
31
1
azpost.info

2Mənbələr