AZ

Britaniya İsrailin iki nazirinə qarşı sanksiya tətbiq edib

Böyük Britaniya İsrailin maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə məhdudiyyətlər tətbiq edib.

“Report” xəbər verir ki, bunu Britaniya hökumətinin saytındakı yenilənmiş “qara siyahı”dan görmək olar.

Rəsmi London hesab edir ki, Smotriç və Ben-Qvir İordan çayının qərb sahilində fələstinlilərə qarşı törədilən təcavüz və zorakılıq aktları da daxil olmaqla, insanların qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmamaq hüququnun ciddi şəkildə pozulmasını təşkil edən fəaliyyətlə məşğul olduqlarına, ona təhrik etdiklərinə, onu təşviq etdiklərinə və/və ya onu dəstəklədiklərinə görə məsuliyyət daşıyırlar.

Böyük Britaniya Xarici İşlər Nazirliyi Avstraliya, Kanada, Yeni Zelandiya və Norveçin də Smotriç və Ben-Qvirə qarşı sanksiya və digər tədbirləri elan etdiyini bildirib.

Qeyd edək ki, məhdudlaşdırıcı tədbirlərə Böyük Britaniyaya girişin qadağan edilməsi və hesabların dondurulması daxildir.

Seçilən
59
5
report.az

7Mənbələr