Futbol üzrə Azərbaycan millisi bu gün Mərdəkandakı “Dalğa Arena”da Macarıstan yığması ilə yoxlama oyununda üz-üzə gələcək.
Arena.az xəbər verir ki, Fernando Santosun rəhbərlik etdiyi millimiz qələbə həsrətinə son qoymağa çalışacaq.
Belə ki, Fernando Santosun gəlişindən sonra keçirdiyi 9 oyunun 7-də məğlub olmuş, cəmi 2 görüşdə heç-heçə etmiş millimiz portuqal mütəxəssislə ilk qələbəsini qazanmaq arzusundadır. Bir nömrəli komandamız sonuncu dəfə 2024-cü ilin iyun ayının 11-də Sombatxeydə yoxlama oyununda üz-üzə gəldiyi Qazaxıstanla oyunda qələbə sevinci yaşayıb – 3:2.
Macarıstan yığması da Azərbaycan millisi üçün kifayət qədər tanış və düşərli olmayan bir rəqibdir. Komandamız indiyə qədər bu rəqiblə 7 dəfə qarşılaşıb. Təəssüf ki, millimiz bu görüşlərin hər birindən məğlubiyyətlə ayrılıb.
Bir sözlə, Azərbaycan millisi bu gün nəinki Fernando Santosun rəhbərliyi altındakı qələbəsiz sindroma, həm də macarlarla görüşdəki uğursuz gedişata son qoymağa çalışacaq.
Yoxlama oyunu
10 iyun
20:00. Azərbaycan – Macarıstan
Hakimlər: Viktor Şimusik, Sergey Kasavets, Anton Qusev (hamısı Belarus).
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan).
Mərdəkan. “Dalğa Arena”.
Azərbaycan: 1. Rza Cəfərov, 4. Bəhlul Mustafazadə, 18. Cəlal Hüseynov, 5. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 20. İsmayıl İbrahimli, 9. Renat Dadaşov, 10. Mahir Emreli.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 12. Aydın Bayramov, 2. Zamiq Əliyev, 6. Səbuhi Abdullazadə, 11. Xəyal Əliyev, 15. Şahin Şəhniyarov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə, 21. Mert Çelik, 22. Musa Qurbanlı, 24. Rauf Rüstəmli.
Baş məşqçi: Fernando Santos.
Macarıstan: 12. Balaj Tot, 6. Villi Orban, 7. Loik Neqo, 15. Marton Dardai, 14. Bendequz Bolla, 18. Jolt Naqi, 13. Andras Şefer, 21. Aleks Tot, 20. Roland Sallai, 10. Dominik Soboslai (k), 19. Barnabas Varqa.
Ehtiyat oyunçular: 1. Deneş Dibuş, 22. Peter Sappanoş, 2. Attila Osvat, 3. Botond Baloq, 4. Attila Moçi, 5. Qabor Salai, 8. Tamaş Nikitşer, 17. Kallum Staylz, 23. Kevin Çobot, 24. Bense Dardai, 25. Aron Çonqvai, 26. Milan Vitaliş.
Baş məşqçi: Marko Rossi.