AZ

Telefonunuzdan silin: Xəbəriniz olmadan kartınızdan pul oğurlayan 9 proqram

Son illərdə yatırım tətbiqlərinin mobil cihazlara keçməsi ilə fırıldaqçılar da fəaliyyətlərini bu sahəyə yönəldiblər. Onlar Android sistemli telefonlara zərərli proqramlar yerləşdirərək istifadəçilərin hesablarını ələ keçirirlər. Mobil təhlükəsizlik üzrə mütəxəssislər son günlərdə Google Play Store-da belə yerləşən və təhlükəli sayılan bəzi tətbiqlərlə bağlı ciddi xəbərdarlıq ediblər. Bu tətbiqlər, istifadəçilərin xəbəri olmadan cihaz üzərindən alış-veriş edir, kripto pul kisələrinə daxil olub vəsaitləri digər hesablara ötürür. Təhlükəli tətbiqlərin bəziləri istifadəçini saxta internet saytlarına yönləndirir. Bu saytlarda “mnemonic phrase” adlanan və kripto cüzdanlara giriş imkanı verən xüsusi ifadələr tələb olunur. İstifadəçi bu məlumatları paylaşdıqda, bütün kripto aktivlər fırıldaqçıların əlinə keçir. Mütəxəssislər bu tətbiqlərin Google-un təhlükəsizlik sistemi Play Protect tərəfindən belə müəyyən edilə bilmədiyini bildirir. Cihazınızdan dərhal silinməsi tövsiyə olunan 9 tətbiq:  • Pancake Swap • Suite Wallet • Hyperliquid • Raydium • BullX Crypto • OpenOcean Exchange • Meteora Exchange • SushiSwap Bu tətbiqlər xüsusilə kripto pul investorları üçün təhlükəlidir və dərhal telefondan silinməlidir. İstifadəçi şikayətlərinə əsasən, artıq minlərlə insan bu tətbiqlərin zərərini görüb. Telefonunuzu yoxlayın və bu proqramlardan hər hansı biri varsa, gecikmədən silin.Vüsal

Seçilən
77
bakuinfo.net

1Mənbələr