AZ

Moskva birjası bitkoin indeksini hesablamağa başladı

BAKI, 10 iyun. TELEQRAF

Moskva Birjasının bitkoin üzrə törəmə maliyyə alətləri indeksi (MOEXBTC) 3,1% artaraq 109,169 min dollar səviyyəsinə çatıb.

Teleqraf xəbər verir ki , bu, indeksin istifadəyə verilməsindən sonra ilk göstəricidir.

Bakı vaxtı ilə saat 15:10-da "Binance" platformasında bitkoin 2,01% artaraq 109,469 min dollar səviyyəsində olub.

Moskva Birjasının bitkoin indeksi (MOEXBTC), Binance (indeksdə çəkisi 50%), Bybit (20%), OKX (15%) və Bitget (15%) platformalarında BTCUSDT cütü üzrə ticarət olunan müddətsiz fyuçers və svopların orta çəkili qiymətini əks etdirir. İndeks bütün seçilmiş ticarət platformalarının çəkili ortalaması kimi hesablanır. Gələcəkdə bu göstəricidən maliyyə alətləri üçün əsas aktiv kimi istifadə oluna bilər.

Qeyd edək ki, indeksin hesablanma tezliyi – hər gün saat 13:30-da (Bakı vaxtı ilə) aparılır.

Seçilən
6
teleqraf.com

1Mənbələr