Bakı. Trend:
“Tesla” şirkəti iyunun 12-nə planlaşdırılan kommersiyatəqdimatına bir neçə gün qalmış Ostində özünü idarə edən taksininsınaq mərhələsinə başlayıb.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, şirkət ilk dəfə şəhərin avtonom nəqliyyatoperatorlarının reyestrində “sınaq” statusu ilə peyda olub.
Məlumata görə, bir il ərzində sınaqlar keçirən “Waymo”dan fərqliolaraq, əvvəlcə insan müşahidəçiləri ilə, sonra isə təhlükəsizliksürücüləri olmadan sınaqlara başlanılıb. Amma xidmətin bu ay tamistifadəyə hazır olacağı şübhə altındadır.
“Tesla” avtonom avtomobil parkını idarə etmək üçün hərəkətistrategiyada dəyişiklik edir. Şirkət daha əvvəl vəd etmişdi ki,2016-cı ildən bəri satılan milyonlarla “Full Self-Driving” (FSD)avtomobili sürücüsüz idarə olunacaq. İndi “Tesla” Ostinin coğrafihasarlanmış ərazisi üçün xüsusi olaraq konfiqurasiya edilmiş vəuzaqdan idarəetmə ilə dəstəklənən məhdud avtomobil parkına ümidedir.