Azərbaycan Pakistandan 4.6 milyard dollarlıq qırıcılar alıb.
Oxu24.com xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat paylaşıb.
"Pakistan rəsmi səviyyədə Azərbaycanın 40 ədəd JF-17 Block3 qırıcısını 4.6 milyard dollara aldığını təsdiqləyib",-deyə Ədalət Verdiyev açıqlamasında qeyd edib.
JF-17 “Block 3” modifikasiyası təyyarənin hələlik sonuncu 2019-cu il nümunəsidir. Təyyarədə KLJ-7A aktiv fazalaşdırılmış anten şəbəkəsi (APAA – active phased array antenna) və geniş bucaqlı holoqrafik displey quraşdırılıb.
JF-17 “Block 3” təyyarəsinin seriyalı istehsalına 2020-ci ildə başlanıb. Bu versiya, digər üstünlüklərlə yanaşı, havada yanacaq doldurma sisteminə və mükəmməl radara malikdir. Xüsusilə, “Blok 3” modifikasiyasında təyyarəyə yer fonu da daxil olmaqla uzaq məsafədən hədəfləri aşkar etməyə imkan verən “Active Electronically Scanned Array” radar sistemi nəzərdə tutulub. Radara əlavə olaraq, təyyarə kabinada bir neçə rəngli displey və dəbilqəyə quraşdırılmış nişangahla təchiz olunub ki, bu da təyyarənin idarə olunmasını və hava döyüşünü xeyli asanlaşdırır.
Miri Məcidli