Qaz sayğacı quraşdırmaq adı ilə qadına qarşı dələduzluq edilib.
Bu iddia ilə paytaxt sakini Sevda Mehdiyeva ''Xəzər Xəbər''ə danışıb.
Xezerxeber.az-ın məlumatına görə, qadın bildirib ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində fərdi evinə qaz sayğacı quraşdırmaq üçün tanımadığı üç nəfərə 2 min manat pul verib.
Sevda Mehdiyeva deyir ki, bir aydan sonra ona SMS vasitəsi ilə kod gəlmədiyi üçün "Azəriqaz" İstehsalat Birliyinin 104 qaynar xəttinə müraciət edib. Oradan qadına bildirilib ki, adı və soyadı qaz sistemdə yoxdur və aldadılıb.
Sevda Mehdiyeva aldandığını biləndən sonra ərazi üzrə 1-ci polis şöbəsinə müraciət edib.
Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə bildirdilər ki, fakt araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.