AZ

Pezeşkian Belarusa səfər edəcək

BAKI, 10 iyun. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian bu ayın sonunda Belarusa rəsmi səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov tələbələrlə görüşündə açıqlama verib.

"Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının 26-27 iyunda keçiriləcək iclası çərçivəsində İran prezidentinin ölkəmizə səfəri olcaq. Onun iqtisadi forumda iştirakı həm də rəsmi səfəri ilə birləşdiriləcək", - Belarus XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Tehran və Minsk bir çox beynəlxalq məsələlərə eyni gözlə baxırlar. Bundan əlavə, İran Belarus üçün logistika və Belarus mallarının çatdırılması baxımından vacibdir.

"Biz İrandan keçən Şimal-Cənub Dəhlizinin inkişafını yaxından izləyirik, çünki ümid edirik ki, bu, bizim mallarımızı həm Hindistan, həm də Cənub-Şərqi Asiyaya çatdırmaq imkanlarımızı artıracaq", - nazir əlavə edib.

Seçilən
48
15
teleqraf.com

10Mənbələr