AZ

Abşeron - Xızı regionu üzrə ən yaxşı məktəblər - SİYAHI

Abşeron-Xızı regionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.

 

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Abşeron rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 4013 şagird bitirib və onların 3999 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 449 nəfəri 500-dən, o cümlədən 146 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il rayonun Xırdalan şəhər 3,5,6 və 7 saylı, Masazır kənd 2,3 və 4 saylı, Ceyranbatan qəsəbə 2 sayılı, Mehdiabad qəsəbə 3 saylı və Masazır kənd 5 saylı tam orta məktəbləri daxil olub.

 

Sumqayıt şəhəri üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 3905 şagird bitirib və onların 3888 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Şəhər məzunlarının 593 nəfəri 500-dən, o cümlədən 235 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il şəhərin Təbiət elmləri təmayüllü gimnaziya, "İstedad" lisey(humanitar və təbiət-riyaziyyat təmayüllü), Texniki və təbiət elmləri lisey, "Təfəkkür" liseyi, 18, 22, 24, 31 və 41 saylı tam orta məktəbləri daxil olub.

 

Xızı rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 134 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

 

Rayon məzunlarının 8 nəfəri 500-dən, o cümlədən 1 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il rayonun heç bir məktəbi daxil olmayıb.

Seçilən
50
1
azedu.az

2Mənbələr