"Military Watch Magazine" yazır ki, Ukrayna Silahlı Qüvvələrində cəmi dörd Amerika istehsalı olan "Abrams" tankı var.
“Ukrayna ordusu M1A1 Abrams əsas döyüş tanklarının 87%-ni itirib, 2023-cü ilin sonunda ABŞ tərəfindən təhvil verilən 31 maşından 27-si 2024-cü ilin fevralında cəbhə əməliyyatları üçün istifadə olunmağa başlayandan bəri məhv edilib və ya əsir götürülüb”, - nəşr yazır.
Nəşr vurğulayır ki, itkilər artdıqca “Abrams” tankları döyüş meydanında getdikcə daha az görünür.
Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin nə qədər Amerika tankını ələ keçirə biləcəyi barədə də dəqiq məlumat yoxdur.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Silahlı Qüvvələri Sumi rayonundan iki zədələnmiş “Abrams” tankını çıxarıb.