Avropa Komissiyası (AK) Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 70 gəmi və 22 banka qarşı sanksiyalar tətbiq etməyi təklif edir ki, bu da onların beynəlxalq ödəniş sistemindən SWIFT-dən ayrılmasına səbəb olacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Guardian” AK daxili sənədinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, bu qərar siyahıdakı gəmilərin ümumi sayını 400-dən çox edəcək.
Nəşr vurğulayır ki, Avropa Komissiyası da Rusiya tərəfi ilə əlaqəli gəminin Hindistan vətəndaşı olan kapitanına qarşı sanksiyalar tətbiq etməyi təklif edir.