Bu gün Azərbaycan millisi hazırkı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək.
QOL.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçilik etdiyi komanda Macarıstanı qəbul edir. "Liv Bona Dea Arena"da oynanılacaq görüş saat 20:00-da başlayıb.
Azərbaycan millisi 3 gün əvvəl Latviya yığması ilə də yoldaşlıq oyunu keçirib. Bu matç 0:0 hesabı ilə yekunlaşıb.Daha əvvəl - bu ilin martında keçirilən yoxlama matçlarında isə Azərbaycan millisi Haiti (0:3) və Belarusla (0:2) görüşlərdə uduzub.
Qeyd edək ki, Macarıstanla matç Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindən əvvəl keçirəcəyi son görüşdür. Yığmamız sentyabr ayında seçmə mərhələnin D qrupunda (rəqiblər Fransa, Ukrayna və İslandiyaya) qarşı mübarizəyə başlayacaq.
10 iyun
Yoxlama oyunu
20:00. Azərbaycan - Macarıstan - 0:0 (Birinci hissə)
Baş hakim: Viktor Şimusik (Belarus)
"Liv Bona Dea Arena"