AZ

"PAŞA Bank Gürcüstan" xalis gəlirini 5 dəfəyə yaxın artırıb

Bakı. Trend:

"PAŞA Bank Gürcüstan" 2024-cü ili 5,183 milyon manat xalis gəlirilə başa vurub.

Bu barədə Trendbankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, bank 2023-ci ili 1,100 milyon manat xalis gəlir iləbağlamışdı. Beləliklə, "PAŞA Bank Gürcüstan"ın xalis gəliri 2023-cüillə müqayisədə 2024-cü ildə 4,7 dəfə və ya 4,083 milyon manatartıb.

31 dekabr 2024-cü il tarixinə "PAŞA Bank Gürcüstan" 430,590 milyonmanat məcmu aktivlərə, o cümlədən 73,461 milyon manat məcmukapitala malik olub.

31 Dekabr 2023-ci il tarixinə isə “PAŞA Bank Gürcüstan” 336,778milyon manat məcmu aktivlərə, o cümlədən 71,050 milyon manat məcmukapitala malik idi.

Beləliklə, ötən il “PAŞA Bank Gürcüstan”ın məcmu aktivləri 27,9% vəya 93,812 milyon manat, o cümlədən məcmu kapitalı isə 3,4% və yaxud2,411 milyon manat artıb.

Seçilən
42
az.trend.az

1Mənbələr