AZ

“PAŞA Bank”ın Qarabağ və Şərqi Zəngəzur üzrə yatırımlarına dair göstəriciləri məlum olub

Bakı. Trend:

“PAŞA Bank”ın Qarabağ və Şərqi Zəngəzurda inkişaf vəinfrastruktur yatırımları üzrə göstəriciləri məlum olub.

Trend bankınillik hesabatına istinadən xəbər verir ki, 2021-ci ildən bu günəqədər Qarabağ regionunda fəaliyyət göstərən tərəfdaş şirkətlərtərəfindən ümumilikdə 5 milyard manat dəyərində müqaviləimzalanıb.

Bu layihələr çərçivəsində “PAŞA Bank” tərəfindən ümumilikdə 300milyon manat məbləğində maliyyələşmə təmin edilib. Bu vəsaitin 200milyon manatını qeyri-nağd öhdəliklər (zəmanət və təminatlar), 100milyon manatını isə nağd maliyyələşmə (kredit, kredit xətləri)təşkil edib.

Məlumata görə, qeyri-nağd öhdəliklər layihələrin icrası zamanızəmanət və təminat mexanizmləri vasitəsilə təqdim olunub. Eynizamanda qeyd olunub ki, bəzi iri layihələrdə birbaşa qarantiyatələb edilməsə də, subpodratçılar vasitəsilə bankın dolayı maliyyədəstəyi təmin olunub.

Əlavə edilib ki, turizm və xidmət infrastrukturununmaliyyələşdirilməsi – mədəni və tarixi əhəmiyyətə malik bölgələrdəbiznes mühitinin bərpasına və regional iqtisadi aktivliyə töhfəverir.

Seçilən
65
az.trend.az

1Mənbələr