AZ

Sumqayıtda yanmış binanın sakinləri təmir işlərinin ləngiməsindən şikayətlənirlərVİDEO

Sumqayıtda aylar öncə partlayış baş vermiş binanın sakinləri təmir işlərinin ləngiməsindən şikayətlənirlər.

Xezerxeber.az-ın məlumatına görə, Onlar bildirirlər ki, ilk günlərdə hadisəyə operativ reaksiya verilib - ailələrə kirayə haqqı ödənilib, müvəqqəti mənzillərə yerləşdiriliblər. 6 ay kirayə haqqı ödənilsə də, sonuncu ayın ödənişindən hələ xəbər yoxdur. Üstəlik, binada hər hansı təmir-tikinti işləri üçün ciddi addım atılmır. 

Sumqayıt Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, sakinlərin vəziyyətləri diqqət mərkəzində saxlanılır. Onların aylıq kirayə haqlarının ödənilməsi, eləcə də sözügedən binada işlərin aparılması ilə bağlı aidiyyəti üzrə rəsmi müarciət olunub.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, qeyd olunan ünvanda 1-ci blokun sakinlərinə Nazirlər  Kabinetinin  müvafiq qərarı ilə köçüb özlərinə ev almaq üçün kompensasiyalar verilib. Digər 2 blokun sakinlərinin kirayə haqları may ayı üçün ödənilib, təmir-bərpanın aparılması ilə bağlı isə hazırda müvafiq işlər görülməkdədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
51
1
xezerxeber.az

2Mənbələr