“Səni axtarıram” verilişinin aparıcısı və müəllifi Xoşqədəm Hidayətqızı atasının ölümündən sonra ilk dəfə efirə çıxıb.
Bizim.Media xəbər verir ki, Əməkdar jurnalist çətinliklə də olsa işinə davam edəcəyini bildirib.
İzləyicilərlə kədərini bölüşən aparıcı bunları söyləyib:
“Başsağlığı verən hər kəsə təşəkkür edirəm. Mən yol göstərənimi, sirdaşımı, ürək yoldaşımı itirmişəm. Mən hər addımımı atamla məsləhətləşirdim. Hətta yas mərasimini belə onunla məsləhətləşdim.
Mən Hidayətin qızıyamsa, güclüyəm! İki ağır itkinin altından da o kişinin adıyla çıxacağam. Bu gün efirə çıxmağa gücüm yox idi. Amma atamın anam vəfat edəndə məni efirə çıxarmağını xatırladım. Bu, mənim işimdir, efirə çıxacağam, atam məni izləyəcək, həmişə mənimlə qürur duyub, yenə qürur duyacaq, ruhu şad olacaq”.
Sara, Bizim.Media