AZ

III ixtisas qrupunda rəqabət artır: Hansı ixtisaslar daha çox seçilir?

III ixtisas qrupu üzrə təhsil almaq istəyənlər arasında bu il ciddi artım müşahidə olunur. Bu isə həm seçim imkanlarını daraldır, həm də rəqabəti gücləndirir.

 

Belə bir şəraitdə abituriyentlərin qarşısında duran əsas sual budur: Hansı ixtisasları seçmək gələcəkdə iş tapmaq şansını artıracaq?

 

Təhsil eksperti Elçin Əfəndi III ixtisas qrupunda tələb olunan və tələbat az olan ixtisaslar barədə AzEdu.az-a açıqlama verib:

 

“Bu il üçün III ixtisas qrupunda daha çox tələb olunan ixtisaslar sırasında hüquqşünaslıq, o cümlədən pedaqoji yönümlü ixtisaslar, tərcümə sahəsi - xüsusilə Çin, İspan, Yapon və Koreya dillərinin tərcüməsi ön plana çıxır. Bu sahələr əmək bazarında daha çox tələbat görür. Əmək bazarında tələbatı az olan ixtisaslara isə muzey və arxiv sənədlərinin qorunması kimi sahələri aid etmək olar.

 

Bu ixtisaslara maraq əvvəlki illərlə müqayisədə nisbətən aşağıdır. Ümumilikdə III ixtisas qrupuna müraciət edən abituriyentlərin sayı əvvəlki illə müqayisədə artıb. Bu il 3000-dən çox artım müşahidə olunur. Bu isə onu göstərir ki, qarşıdakı qəbul imtahanlarında ciddi rəqabət mühiti formalaşacaq. Tələb olunan sahələr üzrə ixtisaslara marağın artdığı görünür, lakin plan yerlərində kəskin artım baş verməyib. Tələb olunmayan ixtisaslarda isə ötən illərdə formalaşan keçid ballarına yaxın nəticələrin bu il də müşahidə olunacağı ehtimal edilir".

Seçilən
73
azedu.az

1Mənbələr