BAKI, TurkicWorld
Suriya Hava Yolları, 12 illik fasilədən sonra Dəməşq Beynəlxalq Hava Limanından İstanbul Hava Limanına ilk uçuşunu həyata keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə SANA agentliyi məlumat verib.
Məlumata görə, Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi bu gün Dəməşqdən havalanaraq İstanbula yola düşüb.
Qeyd edək ki, 2013-cü ildə Suriya vətəndaş müharibəsi səbəbindən Dəməşq-İstanbul uçuşlarını dayandırılmışdı.