Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının hüquqi və fiziki şəxslərinə qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı fərman imzalayıb.
Bizim.Media xəbər verir kii, məhdudiyyətlər ilk növbədə, “ukraynalı uşaqları yenidən tərbiyə edərək Rusiya təbliğatı və militarist ideologiyasını yaymaqla məşğul olan” təşkilatlara aiddir.
Sanksiyaya məruz qalan hüquqi şəxslər arasında Beynəlxalq Uşaq Mərkəzi "Artek", "Birincilərin Hərəkatı", Melitopol Dövlət Universiteti də daxil olmaqla, bir sıra təhsil və mədəniyyət müəssisələri, həmçinin "Rusiya Bilik Cəmiyyəti" təşkilatı var.
Sanksiyalar aktivlərin dondurulmasını, ticarət əməliyyatları və resursların tranzitinə məhdudiyyətləri nəzərdə tutur.
Bütün tədbirlər 50 il müddətinə qüvvədə olacaq. Bundan əlavə, sanksiya siyahısına təxminən 50 Rusiya vətəndaşı da daxil edilib.
Bizim.Media