“Euro Sport” MMC 1500 manat cərimələnib.
Valyuta.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova qərar qəbul edib.
Qərardan aydın olur ki, Dövlət Gömrük Komitəsi (DGK) “Euro Sport” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə protokol tərtib edib.
Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmə də şirkətə cərimə növündə inzibati tənbeh tətbiq edib.
Hüseyn