Türkiyə Rəqabət Qurumu “Coca-Cola”, “Fanta”, “Schweppes”, “Sprite”, “Cappy”, “Fuse Tea”, “Monster”, “Burn”, “Powerade” və “Damla” markaları ilə tanınan “Coca-Cola” Satış ve Dağıtım AŞ ilə bağlı araşdırma başlatmağa qərar verib.
Rəqabət Qurumunun internet saytında yerləşdirilən elanda bildirilir ki, aparılan ilkin araşdırma nəticəsində “Coca-Cola”nın ondan məhsul alan satış məntəqələrində rəqiblərinin satışının qarşısını almaq və çətinləşdirmək məqsədi daşıyan əməllər törətdiyi şübhəsi ilə şirkət haqqında araşdırma başlanıb.
Açıqlamada, araşdırmanın “Coca-Cola”nın 2021-ci ildə İdarə Heyəti qarşısında götürdüyü öhdəliklərə əməl edilib-edilmədiyini də araşdıracağı bildirilib.