AZ

Ukraynada ərzaq qiymətləri kəskin artıb: yumurta 86%, çörək 22% bahalaşıb

Ukraynada əhalinin gündəlik istehlak etdiyi əsas ərzaq məhsullarının qiymətlərində ciddi artım müşahidə olunub.

Operativ Media xəbər verir ki, RBK-Ukraina agentliyinin ölkənin Dövlət Statistika Xidmətinə (Gosstat) istinadən verdiyi məlumata görə, ərzaq və alkoqolsuz içkilərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 22%-dən çox bahalaşıb.

Statistikaya görə, ən çox bahalaşan məhsul yumurta olub – qiymətlərdə 86%-lik artım qeydə alınıb.

Bundan əlavə, süd məhsulları 22%, tərəvəzlər 35,4%, meyvələr 33,5%, çörək isə 22,3% bahalaşıb.

Ekspertlər bu artımı həm daxili iqtisadi amillərlə, həm də enerji və logistika xərclərinin yüksəlməsi, inflyasiya səviyyəsinin artması və ölkədəki müharibə şəraiti ilə izah edirlər.

Qiymət artımları əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməkdə davam edir.

Seçilən
33
operativmedia.az

1Mənbələr