Futbol üzrə İtaliya Seriyasında mübarizə aparan “Leççe” komandasının baş məşqçisi Marko Campaolo istefaya göndərilib.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Klub rəhbərliyi 57 yaşlı mütəxəssislə müqavilənin müddətini uzatmamağa qərar verib. “Leççe” Campaoloya xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Marko Campaolo 2024-cü ilin noyabr ayından “Leççe”ni çalışdırırdı. İtalyan mütəxəssis bu komandanı 26 oyuna çıxarıb, 6 qələbə, 7 heç-heçə və 13 məğlubiyyət görüb.
“Leççe” A Seriyasında 2024/2025-ci illər mövsümünü 34 xalla 17-ci pillədə başa vurub. Komanda 38 oyunda cəmi 8 qələbə qazanıb, 10 heç-heçə edib, 20 məğlubiyyətə üzülüb.
Campaolo əvvəllər “Milan”, “Torino”, “Kalyari”, “Askoli”, “Syena”, “Kataniya”, “Çezena”, “Breşiya”, “Kremoneze”, “Empoli”, “Sampdoriya” kimi komandalara da rəhbərlik edib.