AZ

Pentaqon: Tramp Rusiya və Ukrayna arasında qan tökülməsinə son qoyulmasını istəyir

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllinə yardım etmək öhdəliyinə sadiqdir.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset Vaşinqton və Kiyev arasında hərbi sahədə də daxil olmaqla əlaqələrin gücləndirilməsi çağırışına cavab olaraq deyib.

“Hazırkı prezident sülhə sadiqdir. O, qan tökülməsinin dayandırılmasını istəyir. Mövcud administrasiya sülhə, qan tökülməsinə son qoymağa sadiqdir”, - o, Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində dinləmələrdə qanunvericilərdən birinin Tramp administrasiyasını Kiyevdən üz döndərməməyə, ona hərbi əməliyyatlarda kömək etməyə çağırışını şərh edərkən söyləyib.

Eyni zamanda, müdafiə naziri bəyanatlarının Ukraynanı öz taleyi ilə başlı-başına buraxılması kimi başa düşülməməli olduğunu bildirib. Heqset həmçinin Ukraynaya səfər etmədiyini təsdiqləyib.

Seçilən
68
5
report.az

6Mənbələr