Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 18-ci sanksiya paketinə, gözlənildiyinin əksinə olaraq, Rusiyanın atom sənayesinə və atom ixracına qarşı məhdudiyyətlər daxil edilməyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen qeyd edib ki, yeni paket çərçivəsində “Şimal Axını” qaz kəmərlərinə qarşı sanksiyaların tətbiqi, bir sıra maliyyə qurumları və neft tankerlərinə qarşı məhdudiyyətlər, həmçinin Rusiya neftinin qiymət tavanının endirilməsi təklif olunub.
Məlumatda həmçinin vurğulanır ki, nə Ursula fon der Lyayen, nə də Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas Rusiyanın Avropadakı atom layihələri və ya AES-lər üçün yanacaq tədarükü barədə heç bir açıqlama verməyib.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası yeni sanksiyalar paketi çərçivəsində 70 gəmi və 22 bankın SWIFT beynəlxalq ödəniş sistemindən ayrılmasını da təklif etmişdi.