AZ

Cob Bellingem Dortmund “Borussiya”sında

İngiltərənin “Sanderlend” klubunun mərkəz yarımmüdafiəçisi Cob Bellingem bundan sonra Dortmund “Borussiya”sının uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

19 yaşlı yarımmüdafiəçinin transferi yeni klubuna 30,5 milyon avroya başa gəlib. İngilis futbolçu “Borussiya” ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqaviləyə imza atıb.

Cob Bellingem İngiltərənin digər klubu “Birmingem”in yetirməsidir. O, “Sanderlend”ə 2023-cü ilin iyulunda 1,75 milyon avro müqabilində keçmişdi. Gənc futbolçu bu komandanın heyətində 90 oyuna çıxıb, 11 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Cob İngiltərənin U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 22 milyon avro məbləğində qimətləndirir.

Xatırladaq ki, Cob hazırda Madrid “Real”ında çıxış edən Cud Bellingemin doğma qardaşıdır. Cud da vaxtilə Dortmund “Borussiya”sında forma geyinib.

Seçilən
95
5
arena.az

7Mənbələr