AZ

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

Çin Xalq Respublikasında banklara "Labubu" kuklaları və digər hədiyyələrlə müştəri cəlb etmək qadağan olunub. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, bu qərar banklar arasında faiz dərəcələrinin və mənfəətin azalması fonunda artan rəqabət şəraitində qəbul edilib. Nəticədə, yerli maliyyə qurumlarına müştəriləri müxtəlif hədiyyələrlə, o cümlədən "Pop Mart" şirkətinə məxsus məşhur "Labubu" kuklaları ilə cəlb etmək qadağan olunub.

"Yeni tövsiyələr "Ping An Bank" tərəfindən həyata keçirilən kampaniyadan sonra ortaya çıxıb. Bank, hesabına azı 50 min yuan məbləğində vəsait qoyaraq onu üç ay müddətində saxlayan yeni müştərilərə bir neçə şəhərdə 'Pop Mart' oyuncaqları hədiyyə etmişdi", deyə xəbərdə bildirilir.

Qeyd edək ki, iyun ayının əvvəlində Rusiya Təhsil Akademiyası da "Labubu" oyuncağı ilə bağlı ekspertiza keçirəcəyini elan etmişdi. Bildirilir ki, mütəxəssislər bu oyuncağı psixoloji-pedaqoji meyarlara əsasən araşdıracaq, onun rus mədəniyyətinə uyğunluğu, uşaqların yaş xüsusiyyətlərinə uyğunluğu, istehsalçıların bəyan etdiyi xüsusiyyətlər və tədris dəyəri kimi parametrlər qiymətləndiriləcək. Akademiyanın vitse-prezidenti Aleksandr Savenkov bildirib ki, qurum satışları qadağan edə bilməz, lakin ekspert tövsiyələri təqdim edə bilər.

Paşa Məmmədli

Seçilən
60
valyuta.az

1Mənbələr