
Tiktoker Aybəniz Xəlilovanın hədə-qorxu ilə pul tələb etmə ittihamı üzrə məhkəmənin növbəti hazırlıq iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət rədd edilib. İş məhkəmə baxışına verilib, ilk iclas iyunun 17-nə təyin olunub. Aybəniz Xəlilova 836 min manat tələb etməkdə ittiham olunur. Barəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə cinayət işi açılıb. Ulusum.az
Diqqət Çəkənlər
Burun Dolğusu Faciəsi: Klinikanın Fəaliyyəti Dayandırıldı - FOTO
Sülh yoxsa müharibə? Nüvə danışıqları çökərsə, İsrail hücuma keçəcək
Hər Körpəyə 1000 Dollar: Yeni Maliyyə Proqramı Başlayır