Suriyada vətəndaş müharibəsinin başlamasından sonra dayandırılan Dəməşq–İstanbul hava əlaqəsi 12 ildən sonra bərpa olunub.
Sherg.az xəbər verir ki, bu gün Suriya Hava Yollarına məxsus təyyarə Dəməşq Beynəlxalq Hava Limanından havalanaraq İstanbul Hava Limanına eniş edib.
Müharibədən sonra beynəlxalq uçuşlara yenidən açılan Suriyada bu, ilk birbaşa uçuşdur.