2026-cı ildə Vaşinqton Ukraynaya silah alışı üçün büdcəni azaltmaq niyyətindədir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset Nümayəndələr Palatasında deyib.
O, konqresmenlərin Ukraynaya gələcək silah tədarükü ilə bağlı suallarını cavablandırarkən deyib: “Bunun üçün büdcədə azalma var”.
Heqsetin fikrincə, “hazırkı administrasiya bu münaqişəyə tamamilə başqa cür baxır”: "Biz hesab edirik ki, danışıqlar yolu ilə sülh sazişi hər iki tərəfin və xalqımızın maraqlarına uyğun ən yaxşı həll yoludur, xüsusən də dünyada ziddiyyətli tendensiyalar nəzərə alınmaqla".
Musavat.com