"Barselona" yeni qapıçı ilə müqavilə imzalayıb.
90deqiqe.Az-ın məlumatına görə, Coan Qarsiya tezliklə Kataloniya komandasına qoşulacaq. Romanonun sözlərinə görə, bütün sənədlər artıq tamamlanıb və hazırdır. Tezliklə 24 yaşlı Qarsiya "Barselona" ilə 5 mövsümlük əmək müqaviləsi imzalayacaq.
Bildirilir ki, yaxın günlərdə "Barselona" Joanın müqaviləsində nəzərdə tutulan satınalma maddəsinin məbləğini Espanyola ödəməlidir.
Daha əvvəl mətbuat Joan Qarsianın Espanyoldan 25 milyon avroya alına biləcəyini yazmışdı.