AZ

Yığmamız Avropa çempionatında 1 qızıl, 2 bürünc qazanıb

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropaçempionatı davam edir.

Trend xəbər verir ki, ikinciyarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılarmüəyyənləşib.

Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1hesabıyla məğlub edərək bürünc medal qazanıb.

Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tamüstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.

Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finaldabolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimalfərqlə öndə tamamlayan Sumqayıt güləş məktəbinin yetirməsifasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. Həmyerlimiz“tuş”la qələbə qazanaraq Avropa çempionu olub.

Beləliklə, millimiz qitə birinciliyinə 1 qızıl və 2 bürüncmedalla start verib.

Seçilən
74
11
az.trend.az

10Mənbələr