Azərbaycanın yunan-Roma güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə 17 yaşlılar arasında keçirilən Avropa çempionatında 3 medal qazanıblar.
Offsideplus.az xəbər verir ki, təmsilçilərimizin Qurban Məcnunov (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. Həmyerlimiz “tuş”la qələbə qazanaraq Avropa çempionu olub.