AZ

Gəncə avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məhdudiyyətlər olacaq

R-51 M-2 (336 km) – Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar, 11 iyun saat 00:00-dan həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə "Report" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məhdudiyyətə əsasən, müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təşkil ediləcək.

Seçilən
51
3
report.az

10Mənbələr