Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
Mərdəkanda yerləşən “Dalğa Arena”da təşkil olunan oyunda Azərbaycanın futbol yəğması Macarıstana 1:2 məğlub olub.
10 iyun
20:00 Azərbaycan – Macarıstan 1:2
Qollar: Renat Dadaşov 7 – Barnabas Varqa 5, Dominik Soboslai 33
Baş hakim: Viktor Şimusik (Belarus)
Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)